ООО Havissos MMC 

Баку

Сферы деятельности

Товары народного потребления (непищевые)

ЖКХ

ООО Havissos MMC 

“HAVISSOS” MMC şirkəti yarandığı gündən etibarən bir çox uğurlu layihələrə imza atmışdır. Şirkət, hər növ inzibati, yaşayış, istehsalat və iaşə obyektlərində isitmə, soyutma, havalandırma işlərinin layihələndirilməsi və montajını həyata keçirir. Həmçinin yanğınsöndürmə, suyun filtirasiyası və isti-soyuq su təchizatı işlərinin görülməsi də şirkətimizin tərəfindən yüksək səviyyədə həyata keçirilir. Topladığımız təcrübəyə əsasən sizə həmçinin havalandırma, soyutma və isitmə sistemlərinin fərdi mühəndis həllini təklif edə bilərik. Bizim təcrübəli mühəndis və texnika işçilərimiz istənilən həcmdə layihələrin planlaşdırılmış vaxt çərçivəsində reallaşdırılmasına hazırdılar. Müxtəlif markalı məhsul çeşidlərinin çoxluğu bizə sənayə, eləcə də fərdi tikililərin və evlərin iqlim sistemlərinin qurulmasının planlaşdırılmış büdcəyə uyğun optimal variantlar təklif etməyimizə imkan yaratmaqdadır. Biz Bakı şəhəri ilə bərabər regionlara sifarişlə öz xidmətlərimizi təklif edə bilərik. Kompanianın missiyası müştərilərin həyat və iş şəraitinin qəbul edilmiş sanitar normalara uyğun və komfortlu olması üçün daima qarşıya qoyulan layihələrin operativ və keyfiyyətli icrasından ibarətdir.